Gəncədə 57 yaşlı kişini avtomobil vurdu

Gəncədə 57 yaşlı kişini avtomobil vurdu

Hazırda oxunan: Gəncədə 57 yaşlı kişini avtomobil vurdu

244000

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1968-ci il təvəllüdlü A.Quliyevi vurub. 
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. 


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO