Azxeber.com 15 yaşını qeyd edir

Azxeber.com 15 yaşını qeyd edir

Hazırda oxunan: Azxeber.com 15 yaşını qeyd edir

243890

Bu gün Azxeber.com informasiya portalının 15 yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
 

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.


Saytın “İnstagram”da 800 min, “Tiktok”da 470 min, “Youtube”də 50 min, “facebook”da 50 min, “Threads”də 40 min, “Telegram”da isə 30 minə yaxın izləyicisi var.

Bizim.Media kollektivi adından portalın rəhbərliyini və əməkdaşlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO