Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün 28 min manat pul verib

Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün 28 min manat pul verib

Hazırda oxunan: Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün 28 min manat pul verib

243772

Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevi güllələyərək öldürdüyünə görə həbs edilmiş Taryel Qurbanovun ailəsi dələduzluqla üzləşib.

Bizim.Media xəbər verir ki, qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alan Taryelin ailəsini aldadaraq 28 min manat alıblar.

Belə ki, 1961-ci il təvəllüdlü Faiq Şirinov Zakir adlı tanışı vasitəsilə T.Qurbanovun atası Almaz Qurbanova oğluna yüngül cəza verdirəcəyini bildirib və bunun qarşılığında 28 min pul alıb. Lakin bir müddət sonra Faiqin daha əvvəllər də dələduzluq əməlinə görə tutulması, bu işi də həll etməyərək pulları ələ keçirməsi məlum olub.

Dələduzluq faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) maddəsi ilə iş açılıb. T.Qurbanovun atasından pulu alaraq Faiqə verən Zakir adlı şəxs dəymiş zərəri ödəyib. Lakin Faiq Zakirdən aldığı pulları geri qaytarmayıb.

Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 54 yaşlı Faiqə 2 il 2 ay həbs cəzası verilib.

Qeyd edək ki, T. Qurbanov bacısının əri 43 yaşlı Allahverdi Mirzəyevi onun həyətində çənəsindən atəş açaraq qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədilməsi məlum olub. ("Qafqazinfo")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO