Britaniyada qızlarının “iPad”lərini əlindən alan ana saxlanlıb.
Bizim.Media “LADBible” nəşrinə istinadən xəbər verir ki, 50 yaşlı tarix müəllimi və iki uşaq anası Vanessa Braun qızlarının “iPad”lərini müvəqqəti olaraq götürdükdən sonra polis idarəsinə çağırılıb.
Onun həbsinə oğurluq ehtimalı barədə polisə edilən zəng səbəb olub.
Cihazı GPS vasitəsilə izləyən hüquq-mühafizə orqanları göstərilən ünvana gələrək britaniyalı qadını oğurluqda şübhəli bilərək saxlayıblar.
Polis “iPad”ın həqiqətən də uşaqlara məxsus olduğunu və ananın onu müsadirə etmək hüququna malik olduğunu təsdiqləyib. 12 saatlıq araşdırmadan sonra Vanessa istintaq tamamlanana qədər qızları ilə əlaqə saxlamağa qadağa qoyularaq zaminə buraxılıb.
İstintaqın nəticəsi olaraq, ona qarşı ittihamlar geri götürülüb.
Braun qeyd edib ki, o, sadəcə uşaqların “iPad”la daha az vaxt keçirməsi üçün bu addımı atıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:32 / 12.04.2025
Qızının “iPad”ını əlindən alan ana SAXLANILDI
Hazırda oxunan: Qızının “iPad”ını əlindən alan ana SAXLANILDI
Hazırda oxunan: Qızının “iPad”ını əlindən alan ana SAXLANILDI
243755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.