Bakıda yaşayanlara ANONS

Bakıda yaşayanlara ANONS

Hazırda oxunan: Bakıda yaşayanlara ANONS

243738

Son günlər Bakıda müşahidə edilən hava şəraiti yaz fəslinə xas olmayan sərinliklə müşayiət olunur.

Bizim.Media xəbər verir ki, bir neçə gün öncə 25-30 dərəcə olan hava temperaturu hazırda cəmi 9 dərəcəyə qədər enib. Şəhərdə həmçinin yağış və güclü külək müşahidə olunur.
 

Sinoptiklər bu vfəziyyəti şimaldan gələn soyuq hava axınları və bölgədə aktivləşən atmosfer cəbhələri ilə əlaqələndirirlər: Mütəxəssislər bildirirlər ki, bu cür kəskin hava dəyişikliyi bəzi əhali qrupları üçün risklidir.


Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər bu günlərdə daha ehtiyatlı olmalıdır. Belə hava şəraiti tənəffüs yolları infeksiyalarının, soyuqdəymənin və astma kimi xəstəliklərin artmasına səbəb ola bilər.

Eyni zamanda, hava dəyişiklikləri psixoloji vəziyyətə də təsir göstərə bilər - halsızlıq, yuxusuzluq və əhval dəyişikliyi bu günlərdə çox insanın qarşılaşdığı hallardandır.

Sinoptiklər yaxın günlərdə havanın nisbətən sabitləşəcəyini proqnozlaşdırsalar da, vətəndaşlara isti geyinmək, nəmlənməməyə diqqət etmək və bədənin müqavimətini qorumaq tövsiyə olunur.(Yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO