Abituriyentlərin DİQQƏTİNƏ - Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Abituriyentlərin DİQQƏTİNƏ - Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Abituriyentlərin DİQQƏTİNƏ - Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

243625

Bildiyiniz kimi, aprelin 10-da 2 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri bəlli oldu.n Belə ki, 23 11-ci sinif şagirdi 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Xatırladaq ki, buraxılış imtahanı barədə mütəxəssislərin  müxtəlif proqnozları, ilkin fikirləri var idi.

Bəs nəticə gözlənilən kimi oldu?

9 mart tarixində keçirilən imtahandan da yüksək nəticə gözləniləndirmi?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil eksperti Elmin Nuri mövzuyla bağlı Bizim.Media-ya açıqlama verib. O, 300 bal toplayanların sayının demək olar ki, ötən illə eyni olduğunu düşünür.


“Ötən il ümumilikdə 53 abituriyent bu qədər bal topladı. Bu il üçün isə bu sayın 53-dən daha az olacağını düşünürəm”.

Müsahibimiz 9 martda imtahan verən şagirdlərin  belə nəticə göstərəcəyini düşünmür, buna 9 martdakı imtahanın 2 martda keçiriləndən daha çətin olduğu fikirlərini də əsas götürür.

“Bu 2 buraxılışın nəticələri ötən ilkiylə 80-90% eyni olacaq. Bu o deməkdir ki, keçən ilki aqibət çox cuzi fərqlə bu il də davam edəcək. Blok imtahanlarının qəlizliyi, ixtisas seçimindəki rəqabət burada da öz əksini tapacaq”.

Bəs bu il keçid balları artacaq?

“Ötən ilkindən fərqli olaraq, bu il keçid ballarının qalxacağını düşünmürəm. Çünki qalxan ballar artıq qalxıb. 2024-cü ildə elə ixtisaslar oldu ki, 70-100 bal artdı. Amma keçən il qalxan balın bu il də qalxması mümkün deyil”, - deyə təhsil eksperti sonda vurğulayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO