Bakıda OLAY: Restoranda administrator müştərinin kartından oğurluq etdi

Bakıda OLAY: Restoranda administrator müştərinin kartından oğurluq etdi

Hazırda oxunan: Bakıda OLAY: Restoranda administrator müştərinin kartından oğurluq etdi

243621

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb.
 

Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib.


Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO