Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

243511

Aprelin 11-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
 

Düşən yağıntının miqdarı Lənkəranda 21, Oğuzda 20, Şəki və Zaqatalada 19, Astarada 17, Qəbələdə 13, Şahbuz və Neftçalada 12, Lerik və Balakəndə 11, Göygöldə 10, İsmayıllıda 9, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şamaxıda 8, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Zəngilan, Xocalı, Gəncə, Daşkəsən, Biləsuvar, Yevlax, Xaltan, Tərtər, Mingəçevir, Göyçay, Cəlilabad, Qobustan, Yardımlı, Sabirabad, Beyləqan, Quba, Ağsu, İmişli, Şirvan, Şəmkir, Ağdam, Naftalan, Gədəbəy, Kürdəmir, Goranboy, Ceyrançöl, Şabran, Tovuz, Culfa, Bərdə və Zərdabda 7 mm-dir.


Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Qusar və Xınalıqda 2, Altıağac, Qax (Sarıbaş), Qrız və Şahdağda 1 sm-dir.

Daşkəsən, Göygöl, Daşkəsən, Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO