Xəbər verdiyimiz kimi, Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Bizim.Media xəbər verir ki, Qafqazinfo qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatları əldə edib.
Məlumata görə, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.
O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.
Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olur.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Qəza ilə bağlı “Bolt”dan bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub:
“Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:48 / 11.04.2025
Ayağında elektron qolbaq var imiş...
Hazırda oxunan: Ayağında elektron qolbaq var imiş...
Hazırda oxunan: Ayağında elektron qolbaq var imiş...
243490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.