El arasında “qız aldıq” və ya “qız verdik” ifadələrindən geniş istifadə olunur. Bu ifadəni daha çox övladlarının izdivacını rəsmiləşdirən ailələr işlədir. Elçi gedib, qızın ailəsinin də razılığını aldıqdan sonra oğlan tərəfi "qızı aldıq" , qız tərəfi isə "qızı verdik" deyir.
Amma bu ifadələr ictimaiyyətdə birmənalı qarşılanmır. Hətta “qız əşya və ya ət deyil ki, onu alasan” kimi narazılıqlar da olur. Digər tərəfdən bu məsələ qızıların hüquqlarının pozulması kimi də qiymətləndirilir.
Bizim.Media məsələ ilə bağlı paytaxt sakinlərinin də fikirlərini öyrənib.
Ətraflı videosüjetdə:
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media