Son zamanlar ölkəmizdə “kişi öz həyat yoldaşını öldürdü” başlıqlı çox sayda xəbərlər eşidirik. Müxtəlif səbəblərdən baş verən bu dəhşətli hadisələrin kökündə bir çox səbəblər dayanır.
Bizim.Media-ya mövzu ilə bağlı danışan sosioloq Mail Yaqubun sözlərinə görə kişilər fiziki baxımdan qadınlardan daha güclü olduğu üçün, onların qadınlara qarşı fiziki təzyiq, zorakılıq statistikası 95,96%-dir:
“İnsan psixoloji olaraq belə varlıqdır. Özündən güc etibari ilə zəifə təziq göstərməyə başlayır. Yəni burda 4,5 % qadınların kişilərə qarşı fiziki təzyiqi qalır. Təəssüflər olsun ki, son illərdə müxtəlif səbəblərdən ailədaxili gərginliklər artıb. Bu gün ailələrdə olan münaqişələrin mütləq əksəriyyətinin səbəbi mənəvi gərginlikdir. Yəni məsələnin kökündə maddiyat dayanmır, mənəvi problemlər dayanır. Təəssüflər olsun ki, bunun üçün tədbirlər görülmür”, - deyə sosioloq bildirib.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə əsas səbəbi boşanmaq istəyən qadınların bu istəyini qəbul etməyən kişilərin psixoloji vəziyyətində görür:
“Kişi düşünür ki, qadın onun quludur. Qadın boşanmaq istəyəndə elə düşünür ki, qul üsyan edir. Münaqişə də burdan başlayır. Əgər kişi qulaq kəsirsə demək ki, o ailəyə qarşı münasibətdə zorakı mövqedə olub. Qadın da bu zorakı mühütdən canını qutarmaq istəyib.
Digər bir tərəfdən əsaslandırırlar ki, qadın telefona çox baxır, bütün günü TikTokdadır. Ona görə kişi onu cəzalandırdı. Bu məsələdə qadın bunun əhəmiyyətsiz olduğunu dərk etsin, vaxtını TikTokda yox həyat yoldaşı ilə keçirsin. Belə vəziyyətdə kişi qadını cəzalandırmamalı, ona izah etməlidir. Yox əgər bacarmırsa, o halda mütəxəssislərə müraciət etməlidir”, -deyə Mehriban xanım bildirib.
Müsahibimiz əlavə edib ki, zorakılıq törədən kişilər üçün psixoloji mərkəz fəaliyyət göstərir:
“Biz baxırıq ki, yeni-yeni kişilər bu mərkəzə müraciət etməyə başlayıb. Hər gün ən azı üç nəfər qeydiyyata düşür. Bəzən kişilər də yorulur bu zorakılığı törətməkdən… Ancaq, mühüt onları vadar edir ki, bu hərəkətləri etsinlər. Bütün gücsüzlüyü qadını öldürməkdə görür”, - deyə o, bildirib.
Mehriban xanımın fikrincə bu gün oyunlar da, izlənilən filmlər də insan psixologiyasına təsir edir. Kişilərə təbliğ edilməlidir ki, psixoloq yanına getmək dəlilik əlaməti deyil.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:40 / 10.04.2025
“Qadın vaxtını “TikTok”da yox, həyat yoldaşı ilə keçirsin” - Qalmaqallı AÇIQLAMA
Hazırda oxunan: “Qadın vaxtını “TikTok”da yox, həyat yoldaşı ilə keçirsin” - Qalmaqallı AÇIQLAMA
Hazırda oxunan: “Qadın vaxtını “TikTok”da yox, həyat yoldaşı ilə keçirsin” - Qalmaqallı AÇIQLAMA
243239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.