Ədliyyə məmuruna zor tətbiq edilməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Ədliyyə məmuruna zor tətbiq edilməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Hazırda oxunan: Ədliyyə məmuruna zor tətbiq edilməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ

24323

İyonun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib. 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb. 

Hazırda iş üzrə istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO