Kürdəmirdə fərdi yaşayış evi əşyaları ilə birgə yanaraq külə döndü – FOTO

Kürdəmirdə fərdi yaşayış evi əşyaları ilə birgə yanaraq külə döndü – FOTO

Hazırda oxunan: Kürdəmirdə fərdi yaşayış evi əşyaları ilə birgə yanaraq külə döndü – FOTO

243169

Kürdəmirdə iki ailənin yaşadığı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
 

Belə ki, kənd sakini Məmmədov Yaqub Möhübbət oğluna məxsus hündürkürsülü ümumi sahəsi 120 kv metr olan 5 otaq və bir mətbəxdən ibarət ev yanaraq külə dönüb.


Hadisə yerinə FHN-in Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində evin 25 kv metr hissəsi yanğından mühafizə olunub.

Ev sahibin sözlərinə görə, yanğın qısaqapanmadan baş verib və yanğın zamanı ona ümumilikdə 60 min manata yaxın maddi ziyan dəyib.

Hazırda fakt araşdırılır.









Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO