İmtahandakı yazılı suallar bu formada YOXLANILIR – FOTO

İmtahandakı yazılı suallar bu formada YOXLANILIR – FOTO

Hazırda oxunan: İmtahandakı yazılı suallar bu formada YOXLANILIR – FOTO

243005

"Sualın tipindən asılı olaraq onun cavabını dəqiqləşdirməyə bəzən saniyələr, bəzən isə 4 dəqiqə vaxt sərf edirik".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında azərbaycan dili və ədəbiyyatı fənni üzrə Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərən Nəzirə Məmmədova deyib.

2 ildən çoxdur marker kimi fəaliyyət göstərən müəllim bildirib ki, anlaşılmayan cavablarda birgə qərar verilir:

"Bütün şagirdlərin xətti gözəl olmur. Başa düşülməyən sözlər olanda birgə, yəni 4-5 əlavə müəllimlə qiymətləndirməyə qərar veririk. Elə suallar var ki, özümüz qiymətləndiririk. Tərəddüd edilən məsələlərdə tərəddüd düyməsi var və bunun köməkliyi ilə əlavə 3 müəllim də cavaba baxır, əgər şagird o fikrə yaxınlaşıbsa, biz onu qiymətləndiririk".








Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO