Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı DİN-dən AÇIQLAMA

Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı DİN-dən AÇIQLAMA

24298

"Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir".

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, son günlər paytaxtın Nəsimi rayonunda cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı daxil olan fakt üzrə müvafiq araşdırmalar aparılır:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu ərazi nəzarətə götürüldü - DİN-dən SON DƏQİQƏ MƏLUMAT


"Mənzil sahiblərinin və sakinlərin şikayətləri əsasında onlara məxsus evlərdən cinsi azlıqların çıxarılması ilə bağlı yaranan mübahisəli halla bağlı daxil olan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Rayonun Azadlıq prospektində mənzillərdən birinin sahibi ilə kirayəşinlər arasında evdən məcburi çıxarılan zaman yaranan mübahisə zəminində sonuncunun xəsarət alması ilə bağlı müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar davam etdirilir.

Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir".

"Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, tərəflərin qarşılıqlı şikayətləri əsasında aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - şöbə rəisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO