Restoran və şadlıq saraylarının sahiblərinə XƏBƏRDARLIQ

Restoran və şadlıq saraylarının sahiblərinə XƏBƏRDARLIQ

Hazırda oxunan: Restoran və şadlıq saraylarının sahiblərinə XƏBƏRDARLIQ

242976

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 14 aprel tarixindən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq:

“Havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək. Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO