Depo ərazisində dəmir yolu inşa ediləcək - “Bakı Metropoliteni”nin rəis müavini

Depo ərazisində dəmir yolu inşa ediləcək - “Bakı Metropoliteni”nin rəis müavini

Hazırda oxunan: Depo ərazisində dəmir yolu inşa ediləcək - “Bakı Metropoliteni”nin rəis müavini

242805

“28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi yer alır və artıq bu istiqamətdə işlər icra olunur".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. 

O, qeyd edib ki, hazırda həm yaşıl, həm də qırmızı metro xətlərinə yalnız “Nərimanov” deposu xidmət göstərir ki, bu da tələbatı tam ödəyə bilmir.
 

Yaşıl xəttin müstəqil fəaliyyətini təmin etmək və yeni tunelin tikintisini həyata keçirmək üçün “Dərnəgül” elektrik deposunun istismara verilməsi zəruridir.


“Sözügedən depo Binəqədi rayonunda yerləşir və ümumi sahəsi 16,5 hektar təşkil edir. Ərazidə ümumilikdə 40-dan çox obyektin inşası nəzərdə tutulub. Bura, təsərrüfat xarakterli əsas tikinti obyektləri kimi, 27 hissədən ibarət olan dayanma təmir korpusu, mototəsərrüfat, vaqonların əsaslı təmir sexi, yük terminalı, elektrik yarımstansiyası, layihə üzrə müvafiq su çənləri və digərləri daxildir. Depo ərazisində ümumilikdə 5,581 metr dəmir yolu inşa ediləcək”.

Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO