Gözəllik salonlarında yoxlamalar başladı – VİDEO

Gözəllik salonlarında yoxlamalar başladı – VİDEO

Hazırda oxunan: Gözəllik salonlarında yoxlamalar başladı – VİDEO

242798

Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.
 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.


Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO