Qaxda uçqunun DETALLARI AÇIQLANDI - FOTO

Qaxda uçqunun DETALLARI AÇIQLANDI - FOTO

Hazırda oxunan: Qaxda uçqunun DETALLARI AÇIQLANDI - FOTO

242715

Xəbər verdiyimiz kimi, Qax rayonunda təbiət abidəsi kimi qorunan Mamırlı şəlaləyə gedən yolun yaxınlığında uçqun baş verib. Xoşbəxtlikdən yol bağlanmasa da Ləkit sakinlərinin içməli və suvarma suyunda fasilə yaranıb. Həyata keçirilən tədbirlər nəticəsində yol açılıb, su xətləri bərpa olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dağ uçqunu nəticəsində mənbədən Ləkit kəndinə gələn suvarma və içməli su kəsilib. Kənd sakini Nəsimi Şabanovun sözlərinə görə həmin ərazidə tez-tez belə hallar baş verir. Dəfələrlə əhalinin içməli suyunda problem yaşanıb. Səbəb isə dağda zaman-zaman uçqunların olmasıdır.

“Səhər saatlarında işməli suyun kəsildiyini gördük. Maraqlananda bildik ki, qonşuların da suyu gəlmir. Daha sonra bir neçə nəfər su gələn xətt boyu dağlara tərəf hərəkət edəndə gördük ki, dağda uçqun baş verib” seyən Nəsimi Şabanov torpaq atının çayın qarşısına düşməsi nəticəsində bala göl əmələ gətirdiyini və əl əməyi ilə qarşısını açdıqlarının bildirir. Lakin bir neçə saat sonra suyun qarşısına yenidən qum və torpaq qatı tökülüb.

Kənd bələdiyyəsinin sədri İlqar Məmmədov bildirib ki, uçqun olan əraziyə dərhal texnika cəlb olunaraq çay suyunun maneəsiz axını təmin olunub. Bundan başqa zədələnmiş içməli su boruları da bərpa edilib.

Qeyd edək ki, uçqunun baş verdiyi yer təbiət abidəsi kimi qorunan “Mamırlı” şəlaləyə gedən yolun üzərində yerləşir. Şəlalə ərazisində bu vaxtlar hərəkət az olsa da, yay fəslində xeyli turist olur.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO