Gəncədə öz evində 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

Gəncədə öz evində 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

Hazırda oxunan: Gəncədə öz evində 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

242644

Gəncədə mübahisə zamanı 23 yaşlı gənc oğlanın boğaz nahiyəsindən bıçaq xısarıti yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 2001-ci il təvəllüdlü E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.
 

Qeyd edək ki, 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan gəncin vəziyyətinin orta ağır olduğu bildirilir.


İlkin məlumata görə o, bıçaq xəsarətini E. Aşurovun yaşadığı mənzildə alıb. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO