"Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor müavini təyin olunmamışam. Mənim adım məşhur olduğuna görə, belə xəbərlər yayılır".
Bizim.Media xəbər verir ki, bunu “Teleqraf”a açıqlamasında müğənni Arzu Rzayev deyib.
"Teatra direktor müavini təyin edilən Arzu Rzayev Asif oğludur, mən isə Ələkbər oğluyam. Həmin şəxsi isə tanımıram", - müğənni bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrına Arzu Asif oğlu Rzayev direktor müavini təyin olunub. Teatrın direktoru Əliqismət Lalayev isə tutduğu vəzifədən azad edilib. Onu isə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı əvəz edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:37 / 04.04.2025
Arzu Rzayev: “Vəzifə verilən Arzu mən deyiləm”
Hazırda oxunan: Arzu Rzayev: “Vəzifə verilən Arzu mən deyiləm”
Hazırda oxunan: Arzu Rzayev: “Vəzifə verilən Arzu mən deyiləm”
242485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.