“Fəxr edirəm ki, şəhid bacısıyam” – 30 ildən sonra məzarı tapılan şəhidin bacısı

“Fəxr edirəm ki, şəhid bacısıyam” – 30 ildən sonra məzarı tapılan şəhidin bacısı

Hazırda oxunan: “Fəxr edirəm ki, şəhid bacısıyam” – 30 ildən sonra məzarı tapılan şəhidin bacısı

242242

"Həm sevinirəm, həm kədərlənirəm. Ona sevinirəm ki, qardaşımın məzarı tapılıb. Gəlmişik ziyarət edirik. Kədərimiz odur ki, anam bu hissləri yaşamadı. O, Bəxtiyar deyə-deyə öldü. Düzdü torpaqlarını gətirmişəm tökmüşəm məzarının üstünə... Burdan da torpaq aparıb anamın məzarının üstünə tökmüşəm...

Bəlkə burda özləri qovuşmadı torpaqları qovuşsun. Fəxr edirəm ki, mən şəhid bacısıyam. 16 yaşı olmağına baxmayaraq getdi şəhidlik zirvəsinə ucaldı. Qardaşımla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Dövlətimizin başçısı var olsun".

Bu sözləri Bizim.Media-ya Qarabağ münaqişəsinin ilk iki şəhidlərindən biri olan Bəxtiyar Quliyevin Ağdam rayon Şıxbabalı kəndində keçirilən anım mərasimində iştirak edən bacısı İlhamə Quliyeva deyib.

Qeyd edək ki, 1988-ci ildə 16 yaşında ermənilər tərəfindən şəhid edilən Bəxtiyarın cənazəsi ehtiram əlaməti olaraq Ağdam şəhər Cümə məscidindən doğma kəndinə qədər çiyində aparılıb.

Ancaq birinci Qarabağ savaşından sonra onun doğmaları 30 ildən artıq müddətdə onun məzarıni ziyarət edə bilməyib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO