Şəmkirdə yanıq xəsarətləri alan gənc xəstəxanada VƏFAT ETDİ

Şəmkirdə yanıq xəsarətləri alan gənc xəstəxanada VƏFAT ETDİ

Hazırda oxunan: Şəmkirdə yanıq xəsarətləri alan gənc xəstəxanada VƏFAT ETDİ

242161

Martın 21-də Şəmkir rayonunda qonaq getdiyi evdə yanıq xəsarətləri alan Tovuz rayon sakini vəfat edib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayonunun Tatarlı kəndinə tanışının evinə qonaq gələn 2002-ci il təvəllüdlü Namiq Fazil oğlu Yusifov fərdi yaşayış evinin hamam otağında küstar üsulla hazırlanan sobada baş verın  alışma səbəbindən yanıq xəsarətləri alaraq ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilmişdi.  

Həkimlərin səyinə baxmayaraq 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb və o, vəfat edib.  N. Yusifova 2-ci dərəcəli termik yanıq xəsarətləri diaqnozu qoyulmuşdu. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO