Xəbər vediyimiz kimi, ötən gecə Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəzada həyatını itirən piyada, 41 yaşlı Ağaşərif Əzizovu vuran nəqliyyat vasitəsi və sürücüsü məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Bakı şəhər sakini, 47 yaşlı Soltan Bəbir oğlu Musayevdir.
O, idarə etdiyi "Mitsubishi" markalı avtomaşınla piyada Ağaşərif Əzizovu vurub.
Rayonun Cığatay-Niyazabad kənd yolunda baş verən qəzanın təfərrüatlarını Xaçmaz rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu