Bu gün 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək

Bu gün 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək

Hazırda oxunan: Bu gün 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək

24206

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt (2-ci hissə) şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad (1-ci hissə), İmişli, İsmayıllı, Quba (1-ci hissə) rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanlarda 22 min 215 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti buraxılış imtahanının vaxtı açıqlandı


Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından iyunun 1-dən etibarən çap edib götürə bilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO