Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına niyə buraxılmırlar?

Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına niyə buraxılmırlar?

Hazırda oxunan: Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına niyə buraxılmırlar?

242031

Qəbələ Dəmiryol Vağzalının gözləmə zalına sərnişinlərin buraxılmaması vətəndaşların narazılığına səbəb olub. Sərnişinlər qeyd ediblər ki, qatarı gözləmək üçün zala keçid edəndə vağzal mühafizəçiləri girişə icazə verməyib.

Bizim.Media xəbər verir ki, məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.az-a bildirilib ki, Qəbələ-Bakı qatarı hərəkətə başlamazdan öncə Qəbələ Dəmiryol Vağzalının gözləmə zalına hər kəs buraxılır, platformaya isə yalnız sərnişinlər keçə bilir:
 

"Lakin Bakıdan Qəbələyə gələn qatarı qarşılayanlar gözləmə zalına buraxılmır, çünki bu halda sıxlıq yaranır, gözləmə zalındakı şəxslər qatardan çıxan sərnişinlərə mane olurlar, qatardan düşən sərnişinlər isə bundan şikayət edirlər.


Qeyd edək ki, Bakı Dəmiryol Vağzalında da eyni qayda tətbiq olunub. Belə ki, platformalara keçid yalnız bileti olan sərnişinlərə şamil edilir. Sərnişinlərin rahat hərəkətinin təmini, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təşkil edilməsi məqsədilə onları yola salan və ya qarşılayan şəxslərin platformalara keçidinə icazə verilmir", - deyə cavabda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO