Vətəndaş evinə pəncərədən daxil olub? - RƏSMİ CAVAB – FOTO

Vətəndaş evinə pəncərədən daxil olub? - RƏSMİ CAVAB – FOTO

Hazırda oxunan: Vətəndaş evinə pəncərədən daxil olub? - RƏSMİ CAVAB – FOTO

241863

Bakının Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması ilə bağlı xəbərlər yayılıb. İddialarda vətəndaşın öz mənzilinə pəncərədən daxil olduğu bildirilib.

Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Bizim.Media-ya verilən məlumata görə, yayılan məlumatlar əsassızdır.

“Sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş mənzilin bir mövcüd girişi olmasına baxmayaraq, müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub.

Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”, - məlumatda qeyd olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO