İsmayıllıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda keçinib. İki sərnişin - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:13 / 01.04.2025
İsmayıllıda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var - FOTO
Hazırda oxunan: İsmayıllıda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var - FOTO
Hazırda oxunan: İsmayıllıda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var - FOTO
241842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.