Xərçəngin müalicəsində YENİ METOD

Xərçəngin müalicəsində YENİ METOD

Hazırda oxunan: Xərçəngin müalicəsində YENİ METOD

241794

İsrailin Veytsman Elm İnstitutunun alimləri xərçəng hüceyrələrinin immun sistemindən gizlənməsinin qarşısını almaq üçün yeni bir metod hazırlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə araşdırma “Cancer Cell” elmi jurnalında dərc olunub. 

Alimlər zülal sintezi prosesini (translyasiya) hədəfə alıblar. Onlar aşkar ediblər ki, bu prosesi qəsdən pozduqda, xərçəng hüceyrələri anomaliya daşıyan yeni zülallar istehsal etməyə başlayır. Bu zülallar immun sisteminə tanış olmayan təhlükə kimi görünür və nəticədə immun hüceyrələr onları daha asanlıqla məhv edir. 

Məlum olub ki, melanoma hüceyrələrində translyasiya prosesi pozulduqda, 34 yeni anormal zülal yaranır. Bu zülallar immun sisteminə "görünən" olur və o, xərçəng hüceyrələrini tanıyıb məhv edə bilir. 

Yeni metod immunoterapiya ilə birlikdə tətbiq edildikdə, siçanların 40 %-də şişlərin ya tam yox olması, ya da əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə olunub. Alimlər süd vəzi, mədəaltı vəzi və yoğun bağırsaq xərçənginə qarşı bu üsulu test etməyə başlayıblar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO