Bərdədə əkin sahəsini suvarmağa gedən 58 yaşlı kişi ölü tapılıb.
Bizim.Media-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Lənbəran kəndində baş verib.
Kənd sakini İsmayılov Famil Məhəmməd oğlu istifadəsində olan torpaq sahəsində suvarma işləri apararkən anidən həyatını itirib. Sakinlərin dediyinə görə, F.İsmayılovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu