Həkimdən XƏBƏRDARLIQ: Körpələri öpməkdən ÇƏKİNİN!

Həkimdən XƏBƏRDARLIQ: Körpələri öpməkdən ÇƏKİNİN!

Hazırda oxunan: Həkimdən XƏBƏRDARLIQ: Körpələri öpməkdən ÇƏKİNİN!

241508

Mütəxəssislər 6 yaşına kimi uşaqların öpülməməsini məsləhət görür. Onlar iddia edir ki, öpüş vasitəsi ilə uşaqlara müxtəlif viruslar keçir. Hətta 2 yaşlı bir uşaq öpüldükdən sonra "Herpes" virusuna yoluxub və bir gözü kor olub.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən pediatr Vaqif Qarayev deyir ki, mütəxəssislərlə razılaşmamaq mümkün deyil:

“Hər xalqın yeni doğulan uşaqla bağlı öz adəti var. Məsələn, bizdə körpənin 40-ı çıxana qədər ciddi şəkildə qoruyurlar. Heç kəs uşağı görməməlidir, heç kəs körpəni öpməməlidir. 40-ı çxandan sonra isə “uşaq gördü” deyilən bir ritual başlayır. Qohumlar, dostlar, tanışlar tökülüb gəlib körpəni görürlər. Bu gələnlər arasında hanısısa xəstəliyin daşıyıcısı da olur və belələri körpəni öpərkən virusu ona yoluxdurur. 

Ümumiyyətlə, körpəni öpməklə ona infeksiya ötürmək riski böyükdür. Ona görə də bir həkim kimi bunun əleyhinəyəm. Amma uşağın valideynlərinə heç cür qadağan edə bilməzsən ki, uşağı öpməyə qoyma. Bu içdən gələn bir şeydir. Amma tibbi baxımdan bu düzgün deyil”. 

Müsahibimiz yaş məsələsinə də toxunub:

“6 yaşdan yuxarı uşaqlar artıq çox şeyi bilirlər və onların çoxu öpülməyi xoşlamırlar. Təsadüfi deyil ki, bu yaşda uşaqlar öpülmək istəyərkən etiraz edirlər. Lakin körpələrdə etiraz etmək qabiliyyəti olmur. Ona görə də körpələrə qarşı bu məsələdə daha diqqətli olmaq lazımdır. Mən bir azərbaycanlı kimi uşaqları öpməyə pis baxmasam da, həkim kimi bunun qadağasını istəyirəm”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO