Azərbaycanlı politoloq Krasnodarda ermənilərə status istədi - FOTOFAKT

Azərbaycanlı politoloq Krasnodarda ermənilərə status istədi - FOTOFAKT

Hazırda oxunan: Azərbaycanlı politoloq Krasnodarda ermənilərə status istədi - FOTOFAKT

24131

“Lavrov yenə də "Dağlıq Qarabağın statusu"ndan danışıb. Əlbətdə "status" məsələsi xüsusilə də Ermənistanın hazırkı vəziyyəti fonunda nəzarəti əldə saxlamaq üçün əlverişli bir vasitədir”. 

Bu sözləri politoloq Əli Hacızadə Facebook səhifəsində yazıb. O, qeyd edib ki, Qarabağa status verilməsi məsələsi vaxtilə bəzi əraziləri qaytarmaq şərtilə Ermənistana təklif olunub, lakin onlar bundan imtina edərək müharibəni seçib:
 

MÖVZU İLƏ BAĞLI:

Əgər Azərbaycan Ermənistana hücum etmək istəsə... – SƏRHƏDDƏ NƏ BAŞ VERİR?  


“Bu səbəbdən də status məsələsi arxivə göndərilib”. 

Politoloq erməniləri halına yanıb “status” məsələsini yenidən gündəmə gətirən qüvvələrə bu barədə çıxış yolu da təklif edib.

“Əgər Rusiya ermənilərə status vermək istəyirsə, onda orada yaşayan ermənilərə bunu təklif edə bilərlər.

Çünki Rusiyada Ermənistandan daha çox erməni yaşayır. Siz Krasnodar və ya Stavropol əyalətlərində onlara status verə bilərsiniz. Düşünürəm ki, onlar bundan imtina etməzlər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO