İnam Kərimova yeni müavin təyin olundu

İnam Kərimova yeni müavin təyin olundu

Hazırda oxunan: İnam Kərimova yeni müavin təyin olundu

241266
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Nazirliyin hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir İnam Kərimovun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İlhamə Qədimova 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.xa0

2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib.xa0

2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO