Şirniyyatdan sonra dişlərinizi fırçalamayın - DİQQƏT!

Şirniyyatdan sonra dişlərinizi fırçalamayın - DİQQƏT!

Hazırda oxunan: Şirniyyatdan sonra dişlərinizi fırçalamayın - DİQQƏT!

241015

Dişlərinizi təmizləmək üçün ən uyğunsuz vaxtı seçsəniz, bu, ağız sağlamlığınıza ziyan vura bilər.

Bizim.Media xəbər verir ki, stomatoloq Tarun Naqpal xüsusilə şirniyyat, məsələn şokolad yedikdən dərhal sonra dişləri təmizləməyin təhlükəli olduğunu bildirib.

Mütəxəssis izah edib ki, şirin qida qəbul etdikdən sonra ağızdakı bakteriyalar şəkəri emal etməyə başlayaraq turşu ifraz edirlər. Bu turşu müvəqqəti olaraq diş minasını yumşaldır. Belə bir anda dişləri təmizləmək qoruyucu təbəqənin aşınmasına səbəb ola bilər ki, bu da zamanla dişləri zəiflədəcək, həssaslığı artıracaq və kariyesin yaranması üçün şərait yaradacaq.

Stomatoloq şirniyyat qəbul etdikdən sonra ən azı 30 dəqiqə gözləməyi məsləhət görüb. Bu vaxt tüpürcəyin turşuluğu neytrallaşdırması və minanı bərpa etməsi üçün lazımdır. O, müvəqqəti həll kimi isə ağzı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi tövsiyə edib ki, bu da qida qalıqlarını təmizləyəcək və ağız boşluğunun təmizliyini qoruyacaq. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO