Moskvanın Basmannı məhkəməsi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması üzrə aparılan istintaqla bağlı sənədlərin müsadirə olunmasına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məhkəmə iş materiallarını araşdıraraq vəsatəti əsaslı hesab edib.
Qərar 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib.
Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həyatını itirib, iki ekipaj üzvü isə sağ qalıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:52 / 25.03.2025
Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR
Hazırda oxunan: Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR
Hazırda oxunan: Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR
240884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.