Bu gün də yağış YAĞACAQ

Bu gün də yağış YAĞACAQ

Hazırda oxunan: Bu gün də yağış YAĞACAQ

240874

Martın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya məlumat verilib.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO