“Quska” yenə hakim qarşısına çıxacaq

“Quska” yenə hakim qarşısına çıxacaq

Hazırda oxunan: “Quska” yenə hakim qarşısına çıxacaq

240842

Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

Bizim.Media xəbər verir ki, “Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir, bəraət istəyir.
 

Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.


Xatırladaq ki, “Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO