Gəncədə "Tiktok" MÜBAHİSƏSİ – 17 yaşlı yeniyetmə BIÇAQLANDI

Gəncədə "Tiktok" MÜBAHİSƏSİ – 17 yaşlı yeniyetmə BIÇAQLANDI

Hazırda oxunan: Gəncədə "Tiktok" MÜBAHİSƏSİ – 17 yaşlı yeniyetmə BIÇAQLANDI

240748

Gəncədə sosial şəbəkələrdən birində iki gənc arasında mübahisə qanla başa çatıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə 2008-ci il təvəllüdlü T. Əsgərov sol qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir.
 

İlkin versiyaya görə hadisəyə səbəb “Tiktok” sosial şəbəkəsində canlı ünsüyyət zamanı iki gəncin arasında yaranan mübahisə olub. Sonradan onlar görüşərək məsələ aydınlıq gətirmək qərarına gəliblər. Görüş zamanı 17 yaşlı yeniyetmə digər şəxs tərəfindən bıçaqlanıb.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO