Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya məlumat verilib.
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bölgələrdə havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:55 / 24.03.2025
Bu günün HAVASI: İntensiv yağış yağacaq, şimşək çaxacaq
Hazırda oxunan: Bu günün HAVASI: İntensiv yağış yağacaq, şimşək çaxacaq
Hazırda oxunan: Bu günün HAVASI: İntensiv yağış yağacaq, şimşək çaxacaq
240736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.