SON DƏQİQƏ! Qar uçqununa düşən hərbçilərimizin nəşi TAPILDI

SON DƏQİQƏ! Qar uçqununa düşən hərbçilərimizin nəşi TAPILDI

Hazırda oxunan: SON DƏQİQƏ! Qar uçqununa düşən hərbçilərimizin nəşi TAPILDI

240429

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilib:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Hərbçilərimiz qar uçqununa düşdülər


“Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. 

Allah rəhmət eləsin!”

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO