Beyləqanda 58 yaşlı kişi spiritdən zəhərlənərək ölüb.
Bizim.media-nın əldə etdiyi məlumata görə, rayon sakini, 1967-ci il təvəllüdlü Orucov Ramiz qəbul etdiyi spirtli içkidən zəhərlənib.
O, ehtimal olunan diaqnozla Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, tibbi müdaxilə yetərsiz olub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir neçə həftə öncə Bakıda 20-dən çox şəxs spirtli içkidən zəhərlənərək həyatını itirmişdi.
Bizim.Media, Qarabağ bürosu