Bölgələrə qar yağır - FAKTİKİ HAVA

Bölgələrə qar yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bölgələrə qar yağır - FAKTİKİ HAVA

240329

Martın 20-si saat 21:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Gəncə, Naftalan, Goranboy, Tovuz, Şəmkir, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Xınalıq, Qusar, Xaltan, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Xocalı, Mingəçevir, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Hacıqabul, İmişli, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.

Qeyd edilib ki, Gədəbəy, Şahdağ, Şuşa, Qax (Sarıbaş) və Daşkəsəndə isə arabir qar yağır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO