Bu bürclər 2025-ci ilin sonuna qədər EVLƏNƏCƏKLƏR

Bu bürclər 2025-ci ilin sonuna qədər EVLƏNƏCƏKLƏR

Hazırda oxunan: Bu bürclər 2025-ci ilin sonuna qədər EVLƏNƏCƏKLƏR

240262

Astroloq Elena Jirnyakova 2025-ci ilin sonunadək hansı bürclərin evlənib xoşbəxt olacağını açıqlayıb.

Bizim.Media həmin bürcləri təqdim edir.

Qoç

Mayın 14-dən etibarən Qoçlar yeni təcrübələrə, sosial dairələrini genişləndirməyə və maraqlı fəaliyyətlərə can atacaqlar. Bu fəaliyyət taleyüklü görüşə səbəb ola bilər. Teatrda, kurslarda və ya səyahət zamanı tanış ola bilərsiniz. Yeni tanışlıq dairəsi şəxsi həyatınıza müsbət təsir etməklə yanaşı, özünüzə inamınızı gücləndirəcək və maddi durumunuzu yaxşılaşdırmağa kömək edəcək.

Əkizlər

İlin əvvəlində Əkizlərin şəxsi həyatı asan olmayacaq. May ayının ortalarına qədər bir çoxları bir partnyorla əlaqəni kəsə və ya çətinliklərlə üzləşə bilər. Ancaq iyun ayından vəziyyət kəskin şəkildə dəyişəcək. Bu dövr təkcə evlilik üçün deyil, həm də karyera yüksəlişi, yeni tanışlıqlar və maraqların genişlənməsi üçün əlverişli olacaq.

Şir

Şirlər üçün mayın sonundan etibarən maliyyə vəziyyəti yaxşılaşacaq və mühüm insanlardan dəstək gələcək. Mayın ortalarından ilin sonuna kimi Şirlər sevgidə şanslı zolağı yaşayacaqlar. Evlənmək, ailə qurmaq və ya uşaq sahibi olmaq üçün əlverişli zamandır.

Əqrəb

Əqrəblər üçün ciddi münasibətlər və evlilik üçün ən yaxşı vaxt yanvardan mayın ortalarına qədər olan dövr olacaq. Baxmayaraq ki, bu zaman cütlükdə romantizm əskikliyi ola bilər, lakin bu, ən vacib şey deyil. Kompromislər tapmağı və tərəfdaşınızla dialoqa açıq olmağı öyrənmək vacibdir. Dövr həm də karyera nailiyyətləri və sərfəli müqavilələr bağlamaq üçün əlverişli olacaq.

Oxatan

İlin ilk yarısı Oxatan üçün çətin olacaq - şəxsi problemlər, münasibətlərdə və ya işdə çətinliklərlə üzləşə bilərlər. Ancaq mayın sonundan hər şey dəyişəcək. Oxatanlar enerji artımı, şəxsi həyatlarını yaxşılaşdırmaq və inkişaf etdirmək istəyi hiss edəcəklər. Bürcün subay nümayəndələri üçün bu dəfə evliliklə bitə biləcək yeni tanışlıqlar gətirəcək.

Dolça

May ayının sonundan etibarən Dolçalar karyeralarını aktiv şəkildə inkişaf etdirməyə və maraqlarına diqqət yetirməyə başlayacaqlar. Artıq iyunun əvvəlində bu öz bəhrəsini verəcək: artan gəlir, yeni peşəkar perspektivlər və əziz arzuların yerinə yetirilməsi. Şəxsi sferada qeyri-sabitlik olsa, da bu dövrdə peyda olan partnyor sizin taleyinizdə önəmli bir şəxs olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO