Xalqımızın mədəni-tarixi İRSİ - “Konstitusiya və Suverenlik İli”ndə Novruz bayramı

Xalqımızın mədəni-tarixi İRSİ - “Konstitusiya və Suverenlik İli”ndə Novruz bayramı

Hazırda oxunan: Xalqımızın mədəni-tarixi İRSİ - “Konstitusiya və Suverenlik İli”ndə Novruz bayramı

240249

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında Azərbaycanda Novruz bayramının qeyd olunması ilə bağlı “Cultural and historical heritage of our people – Novruz in “The Year of Constitution and Sovereignty” adlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə müdrik Azərbaycan xalqının  sahib  olduğu  multikultural  dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində birlik və bərabərliyin simvolu, cəmiyyətin təbiətlə vəhdətinin, insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi olan Novruz bayramının xüsusi yeri, bu bayramın həm də sülh və əmin-amanlığın çarçısı olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyər olduğu öz əksini tapıb.
 

Novruz bayramının ölkəmizin hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunmasının dövlət müstəqilliyimizin verdiyi bəhrələrdən biri adlandıran millət vəkili, bu ənənələrin uğurla davam etdirildiyini, müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi ilə xalqımıın artıq Qarabağımızda beşinci dəfədir ki, bayram tonqalı yandıraraq adət-ənənələrimizi böyük ruh yüksəkliyi ilə yaşatdığına toxunub.


Burada bir digər məqam dördüncü sənaye inqilabının gətirdiyi qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin davamlı olaraq dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramının tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilməsidir. Qeyri-maddi irs olaraq, Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan bu ənənəvi bayramın, ilk növbədə, sülh və firavanlıq, bərabərliyin təmini, universal dəyərlərə hörmət, regional əməkdaşlığın qurulması və təbiətin qorunması baxımından “Dayanıqlı İnkişaf Məqsədləri” sənədinin hədəfləri ilə birbaşa əlaqələndirildiyi qeyd olunub.

Məqalədə, eyni zamanda, Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunduğu, su, od, torpaq və yel adlandırılan çərşənbələrin xüsusi əlamətdarlıqları vurğulanıb.

Sonda M.Əfəndiyev məqalədə konstitusion suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası və qədirbilən Azərbaycan xalqının Novruzu bu gün Böyük Qayıdış çərçivəsində doğma Qarabağımızda Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”ndə böyük qürur, coşqu və təntənə ilə bayram tonqalı ətrafında qeyd etdiyini, bu İlin ölkəmizdə dövlətçilik tariximizin yeni başlanğıc mərhələsinə çevriləcəyi və soydaşlarımızı müasir dövrün yeni çağırışları ətrafında daha da sıx birləşdirəcəyini diqqətə çatdırıb.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

//www.eureporter.co/azerbaijan/2025/03/17/cultural-and-historical-heritage-of-our-people-novruzin-the-year-of-constitution-and-sovereignty/

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO