Qatarların sürət həddi endirildi

Qatarların sürət həddi endirildi

Hazırda oxunan: Qatarların sürət həddi endirildi

240203

Azərbaycanda sərnişin və yük qatarlarının sürət həddi endirilib.

 

Sfera.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, bu qərar Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Belə ki, Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.

 

Qurumdan bildirilib ki, dəyişikliklə əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik.

 

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO