Qazilərə daha iki güzəşt tətbiq olundu

Qazilərə daha iki güzəşt tətbiq olundu

Hazırda oxunan: Qazilərə daha iki güzəşt tətbiq olundu

23999

Qarabağ qaziləri daha iki güzəştdən faydalanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. 

O deyib ki, bu gün Milli Məclisin növbədənkənar plenar iclasında təqdim etdiyi “Dövlət Rüsumu haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulur:

“Layihə parlamentdə birinci oxunuşda artıq qəbul olundu. Qeyd edim ki, bu layihə Parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi tərəfindən hazırlanıb. Layihə fiskal xarakter daşımaqla yanaşı, sosial təşəbbüs kimi də qiymətləndirilir”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO