XƏBƏRDARLIQ: Broyler toyuqları hormonal problemlərə səbəb ola BİLƏR

XƏBƏRDARLIQ: Broyler toyuqları hormonal problemlərə səbəb ola BİLƏR

Hazırda oxunan: XƏBƏRDARLIQ: Broyler toyuqları hormonal problemlərə səbəb ola BİLƏR

239966

Broyler toyuğunun insan sağlamığında yaratdığı fəsadlar barədə çox danışılır. Çünki broyler toyuqları da GMO məhsulu hesab olunur. Nəzərə alaq ki, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ekspertdən XƏBƏRDARLIQ! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir


Ümumilkdə, broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur. Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrində, toyuqlar 40 gündən sonra kəsilir. Türkiyədə isə bu rəqəm 28 gündür.

Amerika alimlərinin apardığı araşdırmalara görə, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur.

Hətta bu dərmanların sayının 59 olduğu bildirilir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Broyler toyuqlarına vurulan antibiotiklərin 15-26% onların canlarında qalır. Broyler toyuqlarının əti kimi, onun bəzi hissələrinin də istehlakı risklidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO