Reklamlarla bağlı YENİLİK – İstehlakçılara bu məlumatlar TƏQDİM OLUNMALIDIR

Reklamlarla bağlı YENİLİK – İstehlakçılara bu məlumatlar TƏQDİM OLUNMALIDIR

Hazırda oxunan: Reklamlarla bağlı YENİLİK – İstehlakçılara bu məlumatlar TƏQDİM OLUNMALIDIR

239909

İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ genişləndirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliklə, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikat-laşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə biləcək.

Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Mövcud qanunvericiliyə əsasən, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO