Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.
Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:34 / 18.03.2025
Bələdiyyələrin bu səlahiyyəti LƏĞV edildi
Hazırda oxunan: Bələdiyyələrin bu səlahiyyəti LƏĞV edildi
Hazırda oxunan: Bələdiyyələrin bu səlahiyyəti LƏĞV edildi
239898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.