Kəlbəcərdə yük avtomobili aşdı: 2 ölü, 1 yaralı var

Kəlbəcərdə yük avtomobili aşdı: 2 ölü, 1 yaralı var

Hazırda oxunan: Kəlbəcərdə yük avtomobili aşdı: 2 ölü, 1 yaralı var

239892

Kəlbəcərdə yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.

Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində dünyasını dəyişib.

Avtomobilin digər sərnişini 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov və sürücü 37 yaşlı E.

Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq R. Şahnəzərovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO